Samsung öz yerini Huawei-dən geri aldı | Banco.az

Samsung öz yerini Huawei-dən geri aldı

Tamara Mustafayeva, Banco.az

IDC, Counterpoint və Canalys araşdırma şirkətlərinin hesabatına görə, Cənubi Koreyalı Samsung şirkəti yerini Çinli Huawei-ə verməli olduqdan dörd ay sonra dünyanın ən böyük smartfon satıcısı ünvanını geri qazanıb. Belə ki, ilin üçüncü rübü üzrə göstəricilərə müvafiq olaraq ən böyük smartfon istehsalçısı yenidən Samsung şirkəti olub. Bu nəticənin qeydə alınmasında şirkətin indiyə qədərki ən yüksək üç aylıq göstəricilərini açıqlaması və Huawei şirkətinin ABŞ sanksiyaları səbəbilə bazar payında itkilərin olması təsir göstərib.

Huawei 2020-ci ilin aprel ayında ilk pillədə qərarlaşan smartfon istehsalçısı ikən avqust ayında artıq ikinci pilləyə geriləmişdi. Counterpoint-ə görə, Huawei şirkətinin məhsul təslimatı əvvəlki rübə nəzərən 7%, ötən ilə nəzərən isə 24% gerilədiyi halda, Samsung şirkətinin məhsul təslimatı isə son rübdə 47% artıb.

Qeyd edək ki, Xiaomi bir neçə il fasilədən sonra yenidən üçüncü pilləyə yüksəlib və illik 46%-lik artımla ilk dəfə olaraq Apple firmasını geridə qoymağa müvəffəq olub. Apple firmasının məhsul təslimatı da öz növbəsində illik göstəricələr əsas götürüldükdə 7% geriləyib. Ancaq mütəxəssislər iPhone 12 seriyasının satışa çıxarılması ilə Apple firmasının vəziyyətini yaxşılaşdıracağını proqnozlaşdırırlar.

Beşinci, altıncı və yeddinci pillələrdə BBK Electronics markaları olan Oppo, Vivo və Realme yer alıb. 

Ən sərfəli kredit üçün müraciət et

Sonda onu da qeyd edək ki, mütəxəssislərin fikrincə, növbəti illər ərzində də Huawei markasının hazırki geriləməsi davam edəcək və Çinli şirkətin 7-ci pilləyə qədər düşməsi istisna edilmir.

Həmçinin oxu: Samsung 5 yeni cihazını təqdim etdi - QİYMƏTLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram