Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda milli valyutaya keçə bilər | Banco.az

Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda milli valyutaya keçə bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiya və Azərbaycan Qərbin Moskvaya qarşı sanksiyaları fonunda qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlar prosesinə başlayıb.

Banco.az xəbər verir ki, bu barədə  Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) baş direktoru İvan Timofeyev danışıb.

O bildirib ki, ABŞ-nin Moskva birjasına qarşı tətbiq etdiyi son sanksiyalardan sonra hazırda Moskva ilə Bakı arasında milli valyutalara keçidlə bağlı danışıqlar gedir:
“ Məlum olduğu kimi  “Mir” ödəniş sistemi artıq xarici konturlara daxil ola bilib.  Bu da Azərbaycanın maraqlarına uyğundur, çünki bu, rusiyalı turistlərin və sahibkarların axınına töhfə verəcək. Bizə Rusiya bazarına uyğunlaşdırılmış bank sistemləri lazımdır”.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, Azərbaycanda “Mir” ödəniş sistemi kartları fəaliyyətə başlayıb. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ( SPİEF ) bildirib. Nazir müavini qeyd edib ki, artıq VTB bankomatlarından “Mir” kartından manat çıxarmaq mümkündür. 
Qeyd edək ki, Rusiya Bankı 2022-ci ilin sentyabrından 2025-ci ilə qədər “Mir” kartlarından istifadə coğrafiyasını 20 ölkəyə, 2030-cu ilə qədər isə 35 ölkəyə genişləndirməyi planlaşdırır. Azərbaycanda Rusiya ödəniş sisteminin işə salınması hələ 2022-ci ilin iyulunda müzakirə olunub.

Hazırda 12 ölkə xaricdə Mir kartını qəbul edir. Misir, İran, Mavrikiy və Myanma da daxil olmaqla daha dörd dövlət bunu həyata keçirməyi planlaşdırır.

Ən sərfəli krediti almaq üçün müraciət et