Bazar ertəsi rublun məzənnəsi əsas dünya valyutalarına nisbətdə yenidən aşağı düşüb.
Dollara nisbətdə rublun kursu bir gün ərzində 3 faiz – avroya nisbətdə 3,5 faizədək azalıb.
Moskva vaxtilə 18:30-da dollara 66,23 rubl təklif edilib. Axşam sessiyasında avronun kursu 74,71 rubl səviyyəsində qərarlaşıb.
Rusiya birja indeksləri də qiymətdən düşməkdə davam edib. Moskva Banklararası Valyuta Birjasının indeksi 2% azalıb.
RTS dollar indeksi isə dəyərinin 5 faizini itirib.