Riskli vergi ödəyiciləri kimlərdir? | Banco.az

Riskli vergi ödəyiciləri kimlərdir?

Vergi Məcəlləsinə 1 yanvar 2020-ci il tarixdən əlavə edilən 13.2.82-ci maddə ilə qanunvericiliyə riskli vergi ödəyicisi anlayışı gətirilib. Mövzunu vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir

Qəbul edilmiş normaya görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi sayılır. Vergi ödəyicisinin həmin kriteriyaya daxil edilməsi və çıxarılması prosesi vergi orqanının qərarı ilə həyata keçiriləcəkdir. Ancaq hələ ki Nazirlər Kabineti tərəfindən göstərilən meyarlar qəbul edilməyib.

Əlavə edilən dəyişikliklərlə riskli vergi ödəyicisi statusunu daşıyan şəxslərə bir sıra istisnalar nəzərdə tutulub: riskli vergi ödəyicisi olmaq vergi sirrini təşkil etməməklə yanaşı, bu status növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin həyata keçirilməsinə əsas olan hal kimi müəyyən edilib.

Bundan əlavə, vergi orqanına riskli vergi ödəyicisinin vergi öhdəliyini ödəniş tarixi tamam olmadan əsaslandırılmış qərar çıxarılmaqla hesablamaq hüququ verilib.

Vergi Məcəlləsinin 85.6-cı maddəsi ilə vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin uzadılmasının əsasları göstərilib ki, riskli vergi ödəyicisi barədə bu əsaslarla vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsi hüququ istisna hal kimi müəyyən edilib.

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram