Dünyada 25milyondan çox istifadəçisi olan Revolut artıq ölkəmizdə də istifadəsi mümkün olub. Şirkət öz rəsmi səhifəsində bu barədə məlumat paylaşıb. İstifadəçilər 50-dən çox ölkəyə pul köçürə bilcəklər. Bu ölkələr arasında bir çox Avropa ölkələri, ABŞ, Avstraliya və digər ölkələr yer alır.
Banco.az-ın məlumatına görə Revolut istifadəçiləri arasında köçürmə zamanı heç bir komissiya tutulmayacaq. Əldə etdiyimiz məlumata görə Revolut ölkəmizdə tətbiqinin Lite versiyasını istifadəyə verib. Hələlik tətbiqin bütün imkanları( investisiyalar və s) istifadəçilərə aktiv deyil.
Pul köçürmələri üzrə həmçinin limitlər var. Köçürmələr üzrə gündəlik limit 2000$, həftəlik isə 4000$-dır.
Tətbiqi play market və app store tətbiq mağazalarından mobil telefonlara yükləmək mümkündür.
İos dəstəkli telefonlar üçün buradan yükləyin - Revolut
Android dəstəkli telefonlar üçün buradan yükləyin - Revolut
#revolut #revo #köçürmələr