Qızılın beş il ərzində qiymət tənzimləməsi necə dəyişdi? | Banco.az

Qızılın beş il ərzində qiymət tənzimləməsi necə dəyişdi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yaxın Şərq münaqişələrinin dərinləşməsi ilə bağlı narahatlıqların azalması, qızılın təhlükəsizlik tələbinin də düşməsinə səbəb olub.

Banco.az Bloomberg-ə istinadən xəbər verir ki, hazırda qızılın zərgərlik qiyməti bir unsiya üçün 2,650 dollar civarındadır. Bu qiymət, keçən ay əldə edilən tarixi maksimumdan bir az aşağıdır. Məsələn, 2023-cü ilin avqust ayında qızılın qiyməti 2,067 dollarla tarixi bir zirvəyə çatmışdı. Lakin son sessiyalarda qiymətlər kiçik artımlar və itkilər arasında dalğalanma göstərib.

ABŞ Mərkəzi Bankının qubernatoru Kristofer Valler bildirib ki, son iqtisadi göstəricilər siyasətçilərə növbəti faiz dərəcəsi azalmalarına daha az tələsmə imkanı verib:

“Aşağı faiz dərəcələri, adətən, gəlir gətirməyən bu qiymətli metal üçün müsbət təsir edir. Statistikalara görə, 2023-cü ilin əvvəlində qızılın qiymətinin illik artım sürəti 25% olub. Beləliklə, bu azalmalar, qızıl bazarındakı qiymətlərin dinamikası ilə yanaşı, iqtisadi siyasətlərin və geosiyasi vəziyyətin də təsiri altında yaranır”.

Qızılın tələbi, münaqişələr, inflyasiya və faiz dərəcələri ilə sıx bağlıdır. Bu kontekstdə, qızılın qiymətinin dəyişməsi, investorların narahatlıqları və qlobal iqtisadi vəziyyətin əks olunması baxımından mühüm göstərici sayılır.

Ən sərfəli kredit üçün müraciət et

Statistikaya nəzər salsaq son beş ildə  qızılın qiymətində əhəmiyyətli artım müşahidə olunub. 2019-cu ildən etibarən, qızılın qiyməti 1,400-1,500 ABŞ dolları arasında dəyişirdi. Ticarət mübahisələri və iqtisadi qeyri-müəyyənliklər bu dövrdə qiymətlərin artmasına səbəb oldu.

2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı yaranan şərait, qızılın qiymətinin sürətlə yüksəltdi. Avqust ayında qiymət 2,067 ABŞ dolları ilə tarixi maksimuma çatdı. İnvestorlar qızılı təhlükəsiz liman kimi görərək tələbatı artırdılar.

2021-ci ildə qızılın qiymətləri 1,700-1,900 ABŞ dolları arasında dalğalanmağa başladı. Bu dövrdə bir qədər eniş yaşansa da, pandemiya ilə bağlı iqtisadi narahatlıqlar qiymətlərin yüksək qalmasını təmin etdi. 2022-ci ildə isə qiymətlərin 1,800-2,000 ABŞ dolları arasında dəyişməsi, ABŞ-dakı faiz artımları və geosiyasi gərginliklərdən qaynaqlandı.

2023-cü ilin ortalarında qızılın qiyməti 2,000 ABŞ dollarını üstələdi. İnflyasiya və mərkəzi bankların siyasətləri ilə bağlı narahatlıqlar, qızılın tələbatını daha da artırdı. 2024-cü ilin əvvəlində isə qızılın qiymətinin 2,600 dollar civarında idi.

Qeyd edək ki, son beş ildə qızılın qiyməti əhəmiyyətli dərəcədə artıb, iqtisadi qeyri-müəyyənliklər və inflyasiya qorxuları ilə yanaşı, investorların tələbatı bu artımın səbəbləri arasında yer alıb.

Ən sərfəli krediti almaq üçün müraciət et