Avropanın təbii qaz istehlakı arta bilər | Banco.az

Avropanın təbii qaz istehlakı arta bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın təbii qaz istehlakı 8-25 milyard kubmetr arta bilər.

Banco.az xəbər verir ki, Oksford Enerji Tədqiqatları İnstitutunun dərc etdiyi hesabata görə, sentyabr ayında bir neçə günlük soyuq hava şəraitinin bütün sektorlarda, xüsusilə də yaşayış və ticarət sektorlarında qaz tələbatına təsirinin vacibliyini göstərib.

Hesabatda bu qış üçün qəti hava proqnozu vermək üçün hələ "çox tez" olduğu bildirilib.

“İlkin göstəricilər göstərir ki, Qərbi və Mərkəzi Avropa La Nina səbəbilə keçən illə müqayisədə daha soyuq havanın təsirinə məruz qala bilər”, hesabatda deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, qlobal qaz bazarı yenidən sərtləşib və Asiya tələbatı bazarlarda əhəmiyyətli canlanmaya səbəb olub.

Hazırkı qiymət artımının ən mühüm amillərindən birinin qlobal LNG bazarının daralması olduğu vurğulanan hesabatda Asiyanın LNG idxalının, xüsusilə Çin, Hindistan və Yaponiyadan gələn güclü tələblə yay boyu artdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat qış mövsümünə girərkən soyuq hava şəraitinin Avropanın çətin qaz vəziyyətini daha da pisləşdirməsi ehtimalı və kövrəkliyinə diqqət çəkib. Avropanın təbii qaz tələbatının bu il qışın mülayim keçəcəyi təqdirdə keçən illə müqayisədə 8-10 milyard kubmetr, qışın soyuq keçəcəyi təqdirdə isə ən azı 20-25 milyard kubmetr artacağı gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə 550 milyard kubmetr təbii qaz istehlak edən Avropa 2020-ci ildə 534 milyard kubmetr, 2021-ci ildə 553, 2022-ci ildə 496, 2023-cü ildə isə 465 milyard kubmetr təbii qaz istehlak edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et