Böyük Britaniyada işsizlik gözləniləndən çox azalıb | Banco.az

Böyük Britaniyada işsizlik gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada işsizlik avqust ayında 4 faizə qədər azalıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) avqust ayı üzrə əmək bazarı məlumatlarını açıqlayıb.

Buna görə iyul ayında 4,1 faiz olan işsizlik avqust ayında 4 faizə düşüb.

Proqnozlar avqust ayında işsizlik səviyyəsinin 4.1 faiz səviyyəsində sabit qalacağı istiqamətində idi.

Ölkədə muzdla çalışan işçilərin əməkhaqlarının artımı bonuslar nəzərə alınmadan illik 4,9 faiz, bonuslar nəzərə alınmaqla illik 3,8 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et