PAŞA Bank-ın depozit portfeli 6.8 milyard manatı ötüb | Banco.az

PAŞA Bank-ın depozit portfeli 6.8 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 oktyabr tarixinə 146 milyon 778 min manat təşkil edib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ilin sentyabr ayının sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 341 milyon 757 min manat və ya 4,2% artaraq 8 milyard 575 milyon 821 min manata yüksəlib.

Hesabat dövründə PAŞA Bank-ın kredit portfeli 3 milyard 248 milyon 971 min manat təşkil edib ki, bu da illik 528 milyon 202 min manat (19,4%) artım deməkdir.

Oktyabr ayının əvvəlinə bankın depozit portfeli isə 6 milyard 860 milyon 168 min manat olub. Bunun da 1 milyard 915 milyon 732 min manatını fiziki şəxslərin depozitləri, 4 milyard 944 milyon 436 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. Depozit portfeli illik müqayisədə 267 milyon 145 min manat və ya 4% artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et