Qiymətlər 18,5 faiz artıb | Banco.az

Qiymətlər 18,5 faiz artıb

İl ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 18,5 faiz artıb. Mənzilin bir kvadratmetri orta hesabla 1062 manat (1354 dollar) olub. Müqayisə üçün: 2013-cü ilin dekabrında Bakının ilkin mənzil bazarında qiymətlər 899 manat (1146 dollar) təşkil edib. Bu barədə "MBA Group" şirkətinin hesabatında deyilir.

Hesabata görə, 2014-cü ilin əvvəlindən Bakının ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin dəyəri 14,6 faiz bahalaşıb. Müqayisə üçün, ötən ilin yanvar ayında Bakıda ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 926 manat (1181 dollar) olub.

Bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edir ki, bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,01% çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda deyilir ki, ilkin bazarda təklif edilən mənzillərin 50,9 faizini 800-1250 AZN/kv.m qiymət aralığında olan mənzillər, 25,7 faizini bir kvadratmetrinin orta qiyməti azı 800 manat, 23,4 faizini isə bir kvadratmetrinin orta qiyməti 1250 manatdan yuxarı olan mənzillər təşkil edir.

Hesabata görə, ilkin bazarda satışa çıxarılan mənzillərin 38 faizi Bakının Yasamal rayonunun, 13 faizi Nəsimi, 12 faizi Xətai, 10 faizi Nərimanov, 9 faizi Binəqədi, 8 faizi Abşeron, hər biri 5 faiz olmaqla Sabail və Sabunçu rayonlarının payına düşüb.

trend.az