Dünya bazarında neftin qiyməti yenidən düşür.
"Rosbalt"a istinadla xəbər verilir ki, səhər saatlarına olan məlumata əsasən, tərkibində Şimal dənizi qarışığı olan Brent markalı bir barel neftin dəyəri 2,59% enərək 46,21 dollara düşüb. WTI markalı yüngül neftin qiyməti isə 1,07% azalaraq 45,58 dollara enib.
Ekspertlər "qara qızıl"ın qiymətinin 35 dollaradək düşməsini proqnozlaşdırırlar. Nyu-Yorkda yerləşən "Bank of America"nın nümayəndəsi Blanş Fransisko deyib ki, bu, ən yaxın gələcəkdə baş verəcək. Ona görə ki, neftin dəyərinin düşməsinə reaksiya yavaşıyıb.
Nyu-Yorkda "Societe Generale SA" tədqiqat bölməsinin başçısı Mayk Uitnner bildirib ki, biz bir barelin 40 dollardan aşağı düşməsinə hazırlaşırıq.
anspress.com