Harvard Universitetinin Professoru və “Men and Women of the Corporation” (“Şirkətin Kişi və Qadın İşçiləri”) kitabının müəllifi olan Rosabeth Moss Kanter apardığı araşdırmalar nəticəsində qadınların işgüzar həyatda daha qəddar olması həqiqətini oxucularına bildirir. Müəssisələrin karyera pillələrində qarşılarına qoyduqları çətinliklər qarşısında daha da əzmlə çalışan qadınlar kişilərə nəzərən daha qəddar ola bilirlər.
Mövzu ilə bağlı Kolumbiya Universiteti Korporativ İdarəçilik fakültəsinin Professoru olan Katherine W. Philips belə deyir:
“Qadınların liderlik səviyyəsinə gəlmələri onların həyat mübarizələrinə səbəb olan bir vəziyyətdir və bu zaman atdıqları addımlar kişilərin etdiklərinə nəzərən daha sərtdir.”
İş mühiti güclü rəqabət şəraitini özündə əks etdirir. Bu mühitdə təbii ki, qadınların da öz rolu vardır. Yuxarı vəzifələrdə çalışan qadınların rəqabət mühitinə bələd olmaları səbəbindən daha sərt olduqları söylənilir. Qadınların işgüzar həyatda daha qəddar olmasının təməlində dayanan səbəbləri nəzərdən qaçırmamalıyıq. Bəs bu səbəblər hansılardır?
1. Maddi qeyri-bərabərlik
Qadınların kişilərə nəzərən bir çox sektorda daha aşağı maaş alması müxtəlif araşdırmalarla sübuta yetirilmişdir. Bu bərabərsizlik qadınların işlərinə verdikləri dəyərin azalmasına səbəb olarkən işgüzar həyatda da daha sərt rəftar etmələrinə gətirib çıxarır. Qadınları “onsuz gördüyüm işin dəyəri yoxdur” düşüncəsinə təşviq edən bu vəziyyət qəddarlaşmağa yol açır.
2. Sosial qeyri-tarazlıq
İstər liderlikdə, istərsə də digər vəzifələrdə olsun qadınlardan iş və şəxsi həyat arasında seçim etmələrinin tələb edilməsi də araşdırmalar zamanı ortaya çıxmışdır. Pew Araşdırma Mərkəzinin 2014–cü ildə apardığı bir araşdırmaya görə, bu hal daha çox “ana” olan qadın işçilər üçün bir təzyiqə çevrilir və nəticədə özlərini kifayət qədər faydalı hesab etməyən bu qadınlar işə daha sərt yanaşmağa başlayırlar.
3. Cinsi ayrı-seçkilik
“İdarəetmə sahəsində çalışan qadınların beynəlxalq birliyi”–nin 2015–ci il üzrə yayımladığı məlumatlara əsasən, qanunlar və iş şərtləri bərabər şəkildə hazırlansa da, qadınlar hələ də iş mühitində ayrı-seçkiliyə məruz qalmağa davam edirlər. Bu səbəblə də qadınlar iş dünyasında öz yer və dəyərlərini sübut etmək üçün daha çox səy göstərməli olurlar.
Həmçinin oxu: Stressə dözümlü deyilsinizsə, bu peşələrdən uzaq durun
Tamara Mustafayeva, Banco.az