Pul yoxsa vaxt insanlar üçün daha dəyərlidir? | Banco.az

Pul yoxsa vaxt insanlar üçün daha dəyərlidir?

ABŞ – da aparılan bir araşdırmaya əsasən insanların vaxtdan daha çox pula əhəmiyyət verdikləri aşkar edilmişdir.

Belə ki, Amerikada yaş, gəlir səviyyəsi və peşə sahəsi üzrə fərqli qruplardan olan 4000 – dən çox insana pulun yoxsa vaxtın daha dəyərli olması ilə bağlı sual ünvanlanıb. “Sosial Psixologiya Jurnalı” – nın yayımladığı araşdırmanın nəticəsinə görə, anket sorğusuna qatılan insanların 60 % - i bu suala “Pul” cavabını veriblər.

Image result for time vs money"

Lakin, mütəxəssislər bu seçimin yanlış bir qərar olaraq dəyərləndirilməməsini bildiriblər. Çünki onların fikrincə, pul istər istəməz xoşbəxtliyi də bərabərində gətirir və vaxtı daha məhsuldar dəyərləndirməyə təşviq edir.

Ən sərfəli kredit üçün müraciət et

Ancaq bu araşdırmaya qatılan insanlara 1 il sonra yenə eyni sual ünvanlandırıldığı zaman, daha öncə pulu seçənlərin 25 % - nin fikrini dəyişdiyi aşkar edilib.

Həmçinin oxu: İş həyatında vaxtın idarə edilməsi necə olmalıdır?

Tamara Mustafayeva, Banco.az