Pul haqqında mütləq bilməli olduğunuz həqiqətlər | Banco.az

Pul haqqında mütləq bilməli olduğunuz həqiqətlər

Tamara Mustafayeva, Banco.az

Bəzi insanlar gənc yaşlarında öz evlərini, avtomobillərini alıb şəxsi bizneslərini qurmağa müvəffəq olurlar. Bəzi insanlar isə uzun illərin şəxsi və peşəkar təcrübəsinə baxmayaraq hələ də pul məfhumunu düzgün dəyələndirə bilməyiblər. Hər gün daha çox qazanmaq və ya pula düzgün qənaət etmək üçün müvafiq yollar axtarışında olurlar. Odur ki, gəlin pul haqqında hər kəsin mütləq bilməli olduğu vacib məqamlarla tanış olaq.

1. Vəzifənin artırılmasını istəmək utanılacaq davranış deyildir.

Əgər 3-4 ildir ki, eyni vəzifədə işləyirsinizsə, karyera pilləkənlərində yuxarı addımlamağın vaxtı çoxdan çatıb deməkdir. Odur ki, işlədiyiniz müəssisədə hazırkı vəzifənizin yüksəldilməsini və ya maaşınızın artırılmasını istəməkdən çəkinməyin. Eyni zamanda bu istəyinizin reallaşması halında əlavə iş yükü və daha çox məsuliyyət də sizi qorxutmasın. Çünki həyatınızda əsaslı dəyişiklik etmək üçün ciddi addımlar atmalısınız.

2. Sağlamlığınıza və təhsilinizə sərmayə yatırın.

Nervous stressed female student feeling headache studying in cafe Free Photo

Sağlamlığı qaydasında olmayan insanın uğur qazanması çox çətindir. Bu səbəbdən də, özünüzə yaxşı qulluq etməyiniz, ildə ən az bir dəfə istirahətə getməyiniz, yuxu rejiminə əməl etməyiniz və düzgün qidalanmağınız mütləqdir. Bununla yanaşı, yaxşı təhsil də vaxtı çatanda sizin üçün bir çox qapı aça və maneələri yox edə bilər.

3. Keçmiş borcları ödəmək üçün yenidən borc götürməyin.

Keçmiş borcları ödəmək üçün yenidən başqa insanlardan borc götürmək ya da kredit çəkmək əksər insanların tez-tez yol verdikləri xətalardan biridir. Unutmayın ki, bu davranışın sonu yoxdur. Təbii ki, mümkün olduğu qədər heç kəsdən borc götürməmək daha yaxşı olardı, ancaq borcunuz varsa, bu problemin öhdəsindən gəlmək üçün mövcud xərclərinizə qənaət etməyi sınamalısınız.

Ən sərfəli kredit üçün müraciət et

4. Keyfiyyətli geyim və ayaqqabı almaq həmişə daha effektivdir.

Bəzən insanlar pula qənaət etmək üçün daha ucuz geyim əşyalarına üstünlük verirlər, ancaq keyfiyyət hər zaman daha effektiv hesab edilir. Həqiqətən ehtiyacınız olan keyfiyyətli əşyalara pul xərcləməkdən çəkinməyin.

5. Agah olmadığınız heç nəyə sərmayə yatırmayın

Qısa müddət ərzində varlanmaq istəsəniz belə maliyyə məsələrindən söhbət gedirsə, soyuqqanlı, təmkinli və iti zehnə sahib olmalısınız. Emosiyalara qapılaraq ya da şübhəli layihələrə vəsait ayıraraq pulunuzu itirə bilərsiniz. Sərmayə qoymaq istədəyiniz sahəni ətraflı araşdırmağa, mümkün qədər müfəssəl məlumat əldə etməyə çalışın.

6. Yaşlanacağınız günlər üçün indidən pul yığmağa başlayın

Happy senior man wearing eyeglasses using laptop at outdoor caf� Free Photo

Tutaq ki, bu gün 20 yaşınız var, ancaq bir göz qırpımında 30 olduğunu görəcəksiniz. Vaxt sürətlə keçir və dayanmır. Odur ki, hər ay maaş aldığınız zaman çox kiçik məbləğ belə olsa, kənara qoymağı özünüz üçün vərdiş halına gətirin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram