Porsche və Boing uçan avtomobil layihəsinə başlayır | Banco.az

Porsche və Boing uçan avtomobil layihəsinə başlayır

Uçan avtomobillər insanların uzun illərdən bəri reallaşdırmağa çalışdığı ideyalardan biridir. Texnologiyanın inkişafı ilə birlikdə son illərdə mövzu ilə bağlı bəzi əsaslı addımlar atılmış və bir çox şirkət öz uçan avtomobilini istehsal etməyə başlamışdı.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın avtomobil istehsalçısı Porsche və havaçılıq şirkəti Boeing isə bu xəyalı reallaşdırmaq üçün güclərini birləşdirməyə qərar verib.

Porsche AG şirkətinin satış və marketinq departamentinin idarə heyətinin üzvü Detlev von Platenin bildirdiyinə görə, iki nəhəng şirkət uzun vədədə səyahətin üçüncü mərhələsinə keçmə ümidilə, pilot layihə olaraq uçan avtomobil dizayn edirlər. Boeing NeXt şirkətinin sədri Steve Nordlundun söylədiyinə görə isə bu ortaqlıq mühüm avtomobil markalarından birinin yüksək keyfiyyətli uçan avtomobil istehsalı üçün lazımi şəraitin olub olmamasını araşdırmasına imkan yaradacaq. Bununla yanaşı qeyd edilir ki, sözügedən uçan avtomobillər varlılar üçün nəzərdə tutulacaq.

Ən sərfəli kredit üçün müraciət et

Onu da xatırladaq ki, gözlənildiyi kimi şaquli formada qalxma və enmə prosesini həyata keçirə biləcək bu uçan avtomobil tamamilə elektriklə işləyəcək. Boeing futuristik hava nəqliyyatının eksizlərini paylaşıb. Sözügedən nəqliyyat vasitəsinin kompüter texnikası ilə çəkilmiş eskizi olduqca möhtəşəm görünür. Eskizdən də göründüyü kimi bu uçan avtomobil Porsche firmasının ikonik avtomobil dizaynlarının tərzini özündə əks etdirəcək.

Həmçinin oxu: YENİLİK! - “Audi” şirkətindən uçan hava taksiləri

Tamara Mustafayeva, Banco.az