Pis rəhbər olmaq üçün nə etmək lazımdır? | Banco.az

Pis rəhbər olmaq üçün nə etmək lazımdır?

Pis idarəçi olmağı kim istəyər ki? Heç kim özünə bunu yaraşdırmaz. Əksəriyyəti özünün yaxşı olduğunu düşünər, amma güzgüyə baxmaq istəməz. İstəyir 10 adamı idarə edin, istəyirsə də üst səviyyə idarəçi olun, müvəffəqiyyətli olmaq və daha da irəliləyə bilmək üçün bəzi nüanslarda diqqətli olmaq lazımdır.

Bu məqalədə ironiya olaraq pis idarəçinin sahib olacağı xüsusiyyətləri siyahıya aldım. Siyahı əlbəttə daha da uzun ola bilər. Sizin də əlavələrini varsa şərh yaza bilərsiniz. 

Pis idarəçi "olmaq istəyən"lər bunları edə bilərlər:

1) Assosial olun - Sosiallaşmağa ehtiyac varmı? Onsuz da işin çoxdur, vaxtın yoxdur. Bu qədər işin arasında insanlarla danışmaq nəyə lazımdır?

2) İşçini tərifləməyin - Yaxşı bir iş edilibsə nə üçün kimisə tərifləməlisən? İşini görüb, bu onun vəzifəsidi.

Ən sərfəli kredit üçün müraciət et

3) Subyektiv olun, Ayrı-seçkilik edin - Bəzi işçilər sənə daha yaxındır və onlara hörmət edə bilərsən. Hamıya bərabərlik verməyə nə ehtiyac var? Sözündən çıxmayan işçin candır və etiraz edənlərə dözmək lazım deyil.

4) Yeniliyə qarşı olun - Mövcud bilikləri öyrənənə qədər çox əziyyət çəkmisən, bunlarla idarə edə bilərsən, yeniliyə ehtiyac varmı?

5) İşçilərinizə inanmayın - Sənsən idarəçi. Hər şeyi hamıdan yaxşı bilirsən. Kiməsə inanmağa ehtiyac yoxdur.

6) Tənqidi qəbul etməyin - Başqalarının fikrindən sənə nə? Son söz sənindir onsuzda.

7) İşçilərlə yemək yeməyə getməyin - Necə yəni işçilərinlə bir masa arxasında oturacaqsan?

Günel Abduraxmanova / [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et