Tamara Mustafayeva, Banco.az
Pepsi şirkəti "Cocoa Cola" adlı yeni içki növü hazırlayıb. Sözügedən içki kakao, Pepsi kola və zefir (marşmelo) qarışığından ibarətdir. Şirkət yeni məhsulun hazırlanmasında bu ilki karantin və küçəyə çıxma qadağalarından ilham alındığını bildirib.
İçki istehsalçıları gəlir əldə etmək üçün sosial media kampaniyalarının gücündən getdikcə daha çox istifadə etməyə başlayıblar. Odur ki, Pepsi şirkəti də qış üçün hazırladığı kakao aromatlı yeni içkisinə əsas rəqibi Coca-Cola şirkətinə istinad edərək "Cocoa Cola" adını verib. Coca-Cola şirkətindən isə hələ ki, məsələ ilə bağlı açıqlama edilməyib.
Pepsi şirkətinin Marketinq Departamentinin sədr müavini Todd Kaplan, "Qış günü isti kakaodan daha ənənəvi heç nə ola bilməz, ancaq bu il ənənələrdən çox uzaq qalmalı olmuşuq", deyə açıqlama edib. Pepsi yeni ili qeyd etmək məqsədilə şirkətin rəsmi Twitter səhifəsində 2021-ci tvitin şərəfinə yeni içki növünün "bir qrupunu" təqdim edəcəyini söyləyərək insanlarda maraq yaratmağa çalışıb.
Həmçinin oxu: Pepsi haqqında bilmədiyiniz QEYRİ-ADİ faktlar
Bizi sosial şəbəkələrdən izləyin!!