Pensiyaçılar nağdsız ödənişlər sisteminə cəlb ediləcək | Banco.az

Pensiyaçılar nağdsız ödənişlər sisteminə cəlb ediləcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçıları plastik kartlar və POS-terminallardan istifadəyə təşviq etmək niyyətindədir. Bunu cümə axşamı Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı DSMF sədri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə, DSMF bankomatlardan rahat istifadəni təmin etmək məqsədi ilə müxtəlif layihələrin reallaşdırılmasına başlayıb: "Pensiya+" belə layihələrdən biridir. Biz əhalini nağdsız ödəniş alətləri olan plastik kartlar və POS-terminallardan istifadəyə təşviq etmək istəyirik. Buna müqabil olaraq biz Azərbaycan Beynəlxalq Bankı vasitəsilə pensiya həcmində faizsiz kreditin verilməsini təmin edirik. Əsas odur ki, onlar bu plastik kartları təyinatı üzrə istifadə etsinlər".

Ən sərfəli kredit üçün müraciət et

DSMF sədri qeyd edib ki, ölkədə mütəmadi olaraq bankomatların monitorinqi və yenilənməsi həyata keçirilir: "Bankomatların monitorinqi və yenilənməsi mütəmadi prosesdir. Cari il ərzində ümumilikdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən 115 bankomat quraşdırılıb ki, onların 28-i tam yenidir, 87-si isə yenisi ilə əvəz olunub. Daha 8 bankomat isə "Kapital Bank" tərəfindən quraşdırılıb".

Mənbə

Trend.az