Azərbaycanın qonşu ölkələrində internetin sürəti nə qədərdir? | Banco.az

Azərbaycanın qonşu ölkələrində internetin sürəti nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin oktyabr ayında mobil internetin sürətinə görə 111 ölkə arasında Azərbaycan 55.90 Mbps sürətlə 54-cü yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 57.62 Mbps (93-cü) olub. 

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir. 

Ötən ay mobil internetin sürəti Gürcüstanda 74,47 Mbps (42-ci), Türkiyədə 49.32 Mbps (62-ci), İranda 37.88 Mbps (73-cü), Ermənistanda 32.77 Mbps (79-cu), Rusiyada isə 25.69 Mbps (92-ci) olub. 

Ən sərfəli kredit üçün müraciət et

Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (89 Mbps), 2-ci Ermənistan (56.20 Mbps), 3-cü Türkiyə (47.27 Mbps), 4-cü Gürcüstan (40.79 Mbps), 5-ci isə İran (15.66 Mbps) qərarlaşıb.

158 ölkə arasındakı reytinqdə isə Rusiya 60-cı, Ermənistan 94-cü, Türkiyə 102-ci, Gürcüstan 111-ci, İran 140-cı olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram