“Alibaba”nın xalis mənfəəti 1,6 dəfə artıb | Banco.az

“Alibaba”nın xalis mənfəəti 1,6 dəfə artıb

Çinin internet nəhəngi “Alibaba Group Holding” ikinci maliyyə rübündə xalis mənfəətini 58% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Qeyd olunur ki, 30 sentyabrda başa çatan maliyyə rübü üzrə xalis mənfəət ötən ilin eyni dövründəki 27,71 milyard yuanla müqayisədə 43,87 milyard yuan (6,25 milyard dollar) təşkil edib.

“Alibaba”nın rüblük gəliri 5% artaraq 226,5 milyard yuana çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

“Lazada”, “AliExpress”, “Trendyol” və “Alibaba.com”un daxil olduğu Alibaba Beynəlxalq Rəqəmsal Ticarət Qrupu gəlirlərini 29% artıraraq 31,67 milyard yuana çatdırıb.

“Alibaba”nın bulud xidmətlərindən əldə etdiyi gəlir 7% artaraq 29,61 milyard yuana çatıb, o cümlədən süni intellektlə əlaqəli məhsullardan əldə edilən gəlir ardıcıl beşinci rüb üç rəqəmli sürətlə artıb.

Şirkət ikinci maliyyə rübündə ümumilikdə 4,1 milyard dollar dəyərində öz səhmlərini geri alıb.