“PAŞA Həyat” “National Brand of Azerbaijan” mükafatına layiq görüldü | Banco.az

“PAŞA Həyat” “National Brand of Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanın ən iri həyat sığortası şirkətinə Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti tərəfindən beynəlxalq mükafatı təqdim edilib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Luxury Lifestyle Award” adlı mükafatlandırma mərasimində “PAŞA Həyat”a “Luxury Lifestyle” şirkəti tərəfindən “National Brand of Azerbaijan” nominasiyası üzrə xüsusi mükafat verilib. Bunu Banco Apa.az saytına istinadən xəbər verir.

Mükafatlandırma mərasiminə Orta Şərq və MDB dövlətlərindən müxtəlif sahələr üzrə fəaliyyət göstərən 90-a yaxın şirkət qatılıb. Mərasimdə “PAŞA Həyat”ı Strateji inkişaf və marketinq departamentinin əməkdaşları təmsil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, baş ofisi Londonda yerləşən tanınmış “Luxury Lifestyle” şirkəti öz təşəbbüsü və əldə etdiyi nailiyyətlərə görə lüks seqmentində olan şirkətlər üçün beynəlxalq mükafat təsis edib. Bu mükafatı əldə etmək istəyən şirkətlər və lüks sinif markalar müxtəlif kateqoriyalar üzrə müsabiqədə iştirak edirlər.

Xatırladaq ki, “PAŞA Həyat” Azərbaycanda ən gənc sığorta şirkəti olmasına baxmayaraq, fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətləri ilə bir neçə beynəlxalq mükafatlara layiq görülüb. “National Brand of Azerbaijan” mükafatı ilə yanaşı, cari ildə “PAŞA Həyat” şirkətinə Şərqi Avropanın nüfuzlu “Xprimm” şirkəti tərəfindən “FIAR 2015 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda beynəlxalq səviyyəli xüsusi “Leading Life Insurance Company” mükafatı da təqdim olunub.