Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin sonunda "PAŞA Bank"ın işçilərinin sayı 1 262 nəfərə bərabər olub.
Banco.az xəbər verir ki, bu barədə “PAŞA Bank”ın 2023-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirilib.
Məlumata görə, bu, 2022-ci ilin sonu ilə müqayisədə 9.7% və ya 112 nəfər çoxdur. Belə ki, 2022-ci ilin sonunda bankın işçi sayı 1 150 nəfər olub.
Əməkdaşların 59%-ni kişilər, 41%-ni isə qadınlar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!