Pandemiya dövründə insanlar xəbər tətbiqlərindən nə dərəcədə istifadə ediblər? | Banco.az

Pandemiya dövründə insanlar xəbər tətbiqlərindən nə dərəcədə istifadə ediblər?

Tamara Mustafayeva, Banco.az

2020-ci ilin ilk yarımilliyində insanlar Covid-19 haqqındakı ən aktual məlumatlardan xəbərdar olmaq üçün xəbər platformalarına hər zamankından daha çox ehtiyac duydular. Qlobal mobil tətbiqetmə üzrə marketinq platforması olan Adjust tərəfindən açıqlanan məlumata görə, insanlar xəbərlər üçün mobil telefonlarından gün keçdikcə daha çox istifadə edirlər ki, bu da öz növbəsində hazırda bəyənərək istifadə etdikləri mobil xəbər tətbiqlərindən uzun müddət istifadəyə davam edəcəklərini göstərir.

Mobil xəbər tətbiqlərinin gündəlik istifadəsi üzrə 37 faiz artım müşahidə edilib

Məlumatlara görə, bir gün ərzində xəbər tətbiqlərinin mobil telefonlara endirilməsi nisbəti yanvar-aprel ayları ərzində 37% artıb. Göstərici mart ayında rekord səviyyəyə çatıb, daha sonra may ayında isə pandemiyadan əvvəlki səviyyəsinə qayıdıb. 

Sözügedən xəbər tətbiqlərində yaradılan profillər aprel ayı ərzində rekord səviyyəyə çatıb, may ayında isə 13% azalıb. Profillərin sayı isə hələ də 2019-cu ilə, hətta 2020-ci ilin ilk aylarına nəzərən olduqca yüksəkdir. Bir sözlə, gün keçdikcə daha çox insan ənənəvi kütləvi informasiya vasitələrinin yerinə mobil telefonlara yüklənilən xəbər tətbiqlərinə üstünlük verir. 

Onu da qeyd edək ki, bu məlumatlar dünyanın dörd bir yanındakı ölkələrin karantin qərarları və günbəgün dəyişən yeni qaydalara, həmçinin regional gündəm mövzularına işıq tutur.

ABŞ mobil xəbər tətbiqlərindən istifadədə ən sürətli artıma şahidlik edib. Belə ki, gündəlik endirmələr 53 faiz, gündəlik yaradılan profil sayı isə yanvar və aprel ayları ərzində 104 faiz artım göstərib. 

Ən sərfəli kredit üçün müraciət et

Avropa, Yaxın Şərq və Afrikanı əhatə edən EMEA regionunda bir gündə yaradılan profillər yanvar-aprel ayların ərzində 69 faiz artıb. Bölgədə karantin tədbirlərinin tətbiq edilməyə başlandığı mart ayında isə sözügedən göstərici rekord səviyyəyə çatıb. Gün ərzində yaradılan profillərin sayına görə, xüsusən, Almaniya 75%, Fransa isə 71% böyük artımın şahidi olub.

Asiya regionunda isə Yaponiya üzrə göstəricilər dünyanın digər əraziləri ilə oxşar nəticələr göstərib. 

Həmçinin oxu: Ən çox qazanan CEO-lar məlum oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram