Pandemiya dövründə ən çox oynanılan mobil oyunlar AÇIQLANDI | Banco.az

Pandemiya dövründə ən çox oynanılan mobil oyunlar AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

2020-ci ilin ikinci rübü üzrə aparılan bir araşdırmaya əsasən, pandemiya dövründə insanların böyük marağına səbəb olan mobil oyunlar müəyyən edilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, App Annie adlı araşdırma şirkəti tərəfindən yayımlanan hesabata görə, ilin ikinci rübü üzrə mobil oyunların endirilmə və oynanılma nisbətləri bəlli olub. Belə ki, karantin dövründə oyunların həm endirilmə nisbətinin, həm də ödənişli oyunlara xərclənən məbləğin artdığı görülür.

Mobil Oyunlara İlgi Arttı

App Annie tərəfindən həyata keçirilən bu araşdırmaya əsasən deyə bilərik ki, insanların əksəriyyəti karantin dövründə mobil oyunlara üstünlük veriblər. Araşdırmanın hesabatına görə, ilin ikinci rübü üzrə mobil oyunlarda 20%-lik artım müşahidə edilib. Ötən həftə ərzində iOS və Android əməliyyat sistemləri vasitəsilə ümumilikdə 1.2 milyard endirilmə qeydə alınıb ki, bunun da rekord göstərici olduğu bildirilir. 

Bununla yanaşı, ilin ikinci rübü üzrə mobil oyunların Play Store-da endirilmə sayı isə 11 milyona çatıb. iOS və Android mağazalarında isə ümumilikdə 14 milyard oyun endirilib. Android mağazasında ən çox xərcləyən ölkələr ABŞ, Yaponiya və Cənubi Koreya olub. App Store-da isə ən çox xərcləyən ölkənin ABŞ olduğu bildirilir. İstifadəçilərin iOS və Android mağazalarında ümumilikdə xərclədikləri məbləğ isə 25.6 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin ikinci rübü üzrə ən çox endirilən oyun "Save the Girl" olarkən, "Roblox" oyununa marağın artması diqqət çəkib. Ən çox xərclənilən oyunlar arasında "Honour of Kings", "Roblox" və "Monster Strike" kimi oyunlar aparıcılıq edir. Aylıq aktiv oyunçu sayına görə isə "PUBG Mobile" rəqiblərini üstələməyə nail olub.

Siyahıda "PUBG Mobile" oyununu "Candy Crush Saga", "Ludo King", "Call of Duty: Mobile" və "Free Fire" izləyir.

Həmçinin oxu: Son dövrlərin ən populyar oyunu PUBG necə yarandı?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram