Müəllif - Aida İsaq, Banco.az
Onlayn ticarət günümüzdə həyatımızın bir parçasına çevrilib. Xüsusilə koronavirus pandemiyasından sonra bütün dünyada elektron satış platformalarına maraq artma başladı. Zaman keçdikcə insanlar bu formada məhsul seçiminin daha sürətli və nisbətən sərfəli olduğunu anladı. Eyni zamanda öz biznesini qurmaq xəyalı ilə yaşayanların qarşısında da yeni prespektivlər açılmağa başladı. Beləliklə müasir dövrdə doğru hədəfləri müəyyənləşdirərək həm satan həm də qazanan tərəf olmaq daha əlçatandır.
Banco.az sizin üçün təcrübələrə əsasən, onlayn bizneslə məşğul olarkən hansı məqamlara xüsusi diqqət yetirməli olduğunuzu araşdırıb təqdim edir.
1. Yaratdığınız markaya bazarda nə qədər tələb olacağını mütləq şəkildə öncədən araşdırın.
2. Addım atdığınız ilk anlardan böyük nəticələr gözləməyin. Səbrlə davranaraq, hədəflərinizə fokuslanın!
3. Rəqəmsal marketinq planlamasını düzgün etdiyinizdən əmin olun.
4. Sosial mediada reklamlara büdcə və zaman ayırmağı unutmayın!
5. Müştərilərlə maksimum formada daha diqqətli və səmimi əlaqə qurmağa çalışın.
Hədəfləriniz uğrunda daim mübarizə aparmağın karyeranıza və şəxsi həyatınıza böyük dəyərlər qazanıracağını unutmayın. Daim yeni yolları araşdırmağı, tətbiq etməyi sınaqdan keçirin. Bir gün mütləq arzuladığınız səviyyəyə çatacaqsınız!
Bizi sosial şəbəkələrdən izləyin!!