"Nike” gəlirini 10% azaldıb | Banco.az

"Nike” gəlirini 10% azaldıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın idman malları istehsalçısı “Nike” birinci maliyyə rübündə xalis mənfəətini 28%, gəlirini isə 10% azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bildirilib ki, avqustun 31-də başa çatan rübdə xalis gəlir əvvəlki maliyyə ilindəki 1,45 milyard dollar ilə müqayisədə 1,05 milyard dollar təşkil edib. Səhm başına qazanc 94 sentdən 70 sentə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin rüblük gəliri bir il əvvəlki 12,94 milyard dollardan 11,59 milyard dollara enib. İkinci maliyyə rübündə gəlirlərin 8-10% azalması gözlənilir.

“Nike”ın Şimali Amerikada gəliri 11% azalaraq 4,83 milyard dollar təşkil edib. Avropa, Yaxın Şərq və Afrika regionunda bu rəqəm 13% azalaraq 3,14 milyard dollara, Çində (Honq Konq, Makao və Tayvan daxil olmaqla) - 4% artaraq 1,67 milyard dollara, Asiya-Sakit okean regionu və Latın Amerikasında - 7% artaraq 1,46 milyard dollara çatıb.

Qeyd edək ki, “Nike” səhmləri çərşənbə axşamı ticarətdən sonra 5,9% ucuzlaşıb. Bu ilin əvvəlindən şirkətin kapitallaşması 17,9% azalaraq 132,55 milyard dollar təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et