Niyə bəzi insanlar getdikləri yerlərə həmişə gecikirlər? | Banco.az

Niyə bəzi insanlar getdikləri yerlərə həmişə gecikirlər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzi insanlar üçün gecikmək həyat tərzinə çevrilib. Zamanın qavranılması, vaxtın idarə edilməsi və hətta şəxsiyyət xüsusiyyətləri kimi müxtəlif amillər daim gecikən insanların bu vərdişdən qurtula bilməməsinə səbəb olur. İstər işgüzar görüş, istərsə də dostlarla görüş olsun, həmişə gecikən birini hamımız tanıyırıq. Bəs belə daimi gecikmələrin izahı varmı? Niyə bəzi insanlar həmişə gecikir?

Mütəxəssislər deyirlər ki, gecikmə tendensiyası arxasında bir çox amillər var. Bunlardan ən əhəmiyyətlisi beynimizin zaman qavrayışındakı fərqlərdir.

London Universitet Kollecində koqnitiv nevrologiya professoru Hugo Spiersə görə, beynimizdəki müəyyən mexanizmlər bir tədbirə və ya görüşə gəlməyimizin nə qədər vaxt aparacağını səhv hesablamağa səbəb ola bilər. Beynin hipokampus adlanan bölgəsi zamanın müəyyən aspektlərini emal edir və insanlara bir işin və ya səyahətin nə qədər davam edəcəyini təxmin etməyə imkan verir. Ancaq bu proses həmişə düzgün işləmir və bəzi insanlar getməli olduqları yerə çatmaq üçün lazım olan vaxtı düzgün qiymətləndirmirlər.

Professor Spirs tərəfindən aparılan araşdırmaya görə, gedəcəyimiz yeri tanıyıb-tanımamağımız da zaman qavrayışımıza təsir edir.

Məsələn, Londona yenicə köçmüş tələbələrlə aparılan təcrübədə tələbələr təyinat yerlərini nə qədər yaxşı tanıyırdılarsa, gəliş vaxtlarını da bir o qədər dəqiq hesablaya bilirdilər. Ancaq tanışlıq artdıqca bəzi detalları qaçırmağa və prosesi lazımınca qiymətləndirməməyə başlayırıq. Xüsusilə, səyahətdən əvvəl hazırlıqlar zamanı düzgün planlaşdırmağı çətinləşdirə bilər.

Tədqiqatlar göstərir ki, musiqi kimi ətraf mühit faktorları da bizim zaman anlayışımızı təhrif edə bilər.

Kempbell Universitetindən Emili Uoldumun araşdırmasına görə, fonda səslənən musiqinin müddəti bizim zaman anlayışımızı dəyişir. Məsələn, qısa mahnılar səsləndirilərkən tapşırığın daha uzun sürdüyünü düşünmək kimi yanlış təsəvvürlər yarana bilər.

Diqqət çəkən başqa bir amil də izdihamlı mühitlərin bizim zaman qavrayışımıza təsir etməsidir. İzdihamlı bir mühitdə olduğumuz zaman zamanın daha yavaş keçdiyini hiss edirik.

Sakit mühitlərə nisbətən izdihamlı yerlərdə olduğumuzu daha uzun müddət hiss etməyimizin səbəbi bu təcrübələrin çox vaxt xoşagəlməz olmasıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Gecikmədə şəxsiyyət xüsusiyyətləri də mühüm rol oynayır. Bir işə həddindən artıq diqqət yetirmək və digər tapşırıqları görməzdən gəlmək çox yaygındır. Mütəxəssislərin fikrincə, bir neçə işi eyni anda yerinə yetirməyə çalışan insanlar çox vaxt bir işi belə vaxtında çatdıra bilmirlər. 

Bəzi insanlar təxirəsalma (işi sonraya saxlama) vərdişlərinə görə həmişə gecikirlər

Psixoloqlar təxirəsalmanın tez-tez çətin emosional bağlarla əlaqəli olduğunu bildirir və gecikmənin başqaları ilə münasibətlərimizə də təsir etdiyini vurğulayır. Yəni, bir iş və ya görüş üçün son tarixin olmaması bizim vaxtın necə keçdiyini anlamamağımıza səbəb ola bilər.

Daimi gecikməmək üçün bir neçə sadə, lakin təsirli üsul var.

Telefonunuzda zəngli saat və xatırlatmalar qurmaq işləri çox asanlaşdıra bilər. Başqa bir təsirli üsul isə hadisələr üçün özünüzə "yalançı" son tarixlər təyin etməkdir. Bu, vaxtında hazır olmağımızı təmin etmək üçün bizdə motivasiya yaradır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram