"XalqKart cashback" kartının hansı üstünlükləri var? – Araşdırma | Banco.az

"XalqKart cashback" kartının hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu dəfə Xalq Bank-ın “XalqKart cashback” debet kartı haqqında məlumat hazırladıq. 

Kart haqqında ümumi məlumat

3 illik kartın qiyməti 15 AZN-dir. İlkin mədaxillə kartı pulsuz əldə etmək mümkündür (Bakı/Sumqayıt: 300 AZN/USD/EUR/GBP, digər filiallarda isə 200 AZN/USD/EUR/GBP). 

Debet kartların qalığına illik 8% dərəcəsi gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. Qalığa faiz hesablanması yalnız AZN valyutalı "XalqKart cashback" kartı üçün keçərlidir. Kartın faiz hesablanan gündəlik minimal qalıq məbləği 100 AZN, maksimal qalıq məbləği isə 2000 AZN-dir. Minimal limitdən az, maksimal limitdən çox olan məbləğə faiz hesablanmır.

Nağdlaşdırma

Xalq Bankın ATM və POS-terminallarından hər bir kart üzrə ay ərzində 1 000 AZN-dək (500 USD/EUR/GBP) məbləğin nağdlaşdırılması komissiyasızdır. Daha yuxarı məbləğlər üçün Bankın standart tariflərinə əsasən 0.5% (min. 0.4 AZN/USD/EUR/GBP) komissiya hesablanır. Digər ölkədaxili bankların (əməliyyatın yalnız Azericard prosessinq mərkəzi tərəfindən emal olunduğu hallarda) ATM və şöbələrindən 1.5% (min. 1.6 AZN/2 USD/1.6 EUR/GBP) komissiya tutulur. Ölkə daxilində əməliyyatın Azericard prosessinq mərkəzindən fərqli olan digər prosessinq təşkilatı tərəfindən emal olunduğu hallar üçünsə (1.5%, min. 3.5 AZN/3.5 USD/3 EUR/GBP) komissiya haqqı tutulur. 

Card to card

Xalq Bank-a məxsus kartlar arasında Card to Card pulsuzdur. Ölkədaxili banklara məxsus ödəniş kartlarına XalqOnline üzərindən ay ərzində 5 000 AZN ekv.dək Card to Card pulsuzdur. Daha yuxarı və digər kanallar üzərindən bütün məbləğlər üçün 0.5% (min. 0.20 AZN/USD/EUR/GBP) komissiya hesablanır.

SMS məlumatlandırma xidməti üzrə aylıq abunə haqqı 2.00 AZN-dir.

Mədaxil

Ən sərfəli kredit üçün müraciət et

Xalq Kart balansını bankın filiallarından, Cash In tipli ATM-lərindən və ödəmə terminallarından əlavə komissiya ödəmədən artırmaq olur. eManat ödəmə terminalından mədaxil (yalnız AZN kart hesabına eyni valyutada mədaxil etmək mümkündür) komissiyasız, MilliÖn ödəmə terminalından mədaxil (terminalda yalnız AZN, USD, EUR valyutasında olan hesablara eyni valyutada mədaxil etmək mümkündür) isə aylıq 500 AZN/USD/EUR-dək komissiyasız, yuxarı məbləğlər üçün 1.18%-dir.

Keşbək

Cari ay ərzində hesablanmış kəşbəklər həmin ayın sonuncu iş günü müştərinin kart hesabına köçürülür. Aylıq minimal kəşbək məbləği 3 AZN (2 USD/EUR/GBP), maksimal kəşbək məbləği isə 300 AZN (150 USD/EUR/GBP) təşkil edir.

Bankın partnyor olmayan ticarət-xidmət müəssisələrində XalqKart cashback-dən istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 2%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kodlar qrupu altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN (15 USD/15 EUR/15 GBP) qazandırır. Partnyor şəbəkəsində isə 40%-dək keşbək qazanmaq mümkündür.

Xalq Bank-ın digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: xalqbank.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram