Ölkə banklarında fiziki şəxslərin nə qədər depoziti var? | Banco.az

Ölkə banklarında fiziki şəxslərin nə qədər depoziti var?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin 1 may tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 13 milyard 210 milyon manat təşkil edib. 

Banco.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir. 

Məlumata görə, fiziki şəxslərin depozitləri illik müqayisədə 10,5% və ya 1 milyard 255 mln. manat artıb. 

Fiziki şəxslərin depozitlərinin 7 milyard 414 milyon manatı (56,1%) müddətli, 5 milyard 796 milyon manatı isə tələbli depozitlər olub. Hüquqi şəxslərin tələbli depozitləri 17,262.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77,9%-ni təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin müvafiq dövründə banklarda fiziki şəxslərin əmanətləri 11 milyard 955 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et