Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində "Mühasib" peşə hazırlığı kursunda iştirak edə və işlə təmin olunmaq şansı qazana bilərsiniz.
İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasına dəstək üçün həyata keçirilən peşə hazırlığı kursları Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir və qeyd edilən vətəndaşların məşğulluğunu təmin etmək məqsədi daşıyır.
Peşə hazırlığı kurslarında iştirak etmək ödənişsizdir.
“ Mühasib ” peşə hazırlığı kursuna müraciət etmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə Bakı (Məsud Əlizadə 135), Abşeron-Xızı Regional Məşğulluq filialına (Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 64) və DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Əlaqədar şəxs:
+994125055302
+994552509688 ,
Bizi sosial şəbəkələrdən izləyin!!