Fərdlərarası əlaqələrin daha yüksək pilləyə çıxması, dövlətlərin yaranıb beynəlxalq münasibətlərə başlaması və sonunda xüsusi pul vahidlərinin yaranması nəticəsində ödəniş sistemlərinin formalaşması üçün uyğun şərait yaranıb. Bəşəriyyətin hər bir inkişaf edici elementi kimi müxtəlif etaplardan keçən ödəniş sistemlərinin gələn il 150 illiyi qeyd olunacaq. Əsr yarımlıq tarixi olan bu sistem nələrdən keçib?
Ödəniş sistemlərinin hansı inkişaf yollarından keçərək bu günə çatdıqlarını təqdim edirik.
Müasir ödəniş sistemlərinin prototipi ilk kassa aparatı 1871-ci ildə James Ritti tərəfindən icad edilib. 19-cu ərsin sonunda gündəlik satışları izləmək üçün xüsusi maşın lazım idi. Dəqiq gündəlik dövriyyəni və işçilərin növbənin sonunda tam nə qədər vəsait sərf elədiklərini hansı sahibkar bilmək istəməz ki?
Sözsüz ki, hazırda həmin ödəniş sistemləri yalnız bu funksiyanı daşımır, əcdadlarımızı üstələdiyimizi əminliklə deyə bilərik...
Mexaniki kassa aparatının "sehri"
1870-ci illərdə nağd pul müqabilində mal və ya xidmət satan müəssisələr hələ də ödənişləri əl üslubu ilə işləməli və saymalı idilər. Xüsusi sistemlərin tətbiq edilməməsi sahibkar üçün bir çox problemləri yaradırdı, onlardan ən əsası da oğurluq idi. İcad edilən kassa aparatı isə dünyaya yayılaraq ticarəti yeni, şəffaf pilləyə çıxarmağı bacardı.
Obyekt sahibi olan Ritti öz işçiləri ilə ciddi problemlər yaşadığına görə, icad etdiyi birinci mexaniki kassa aparatını “satılmayan Kassir" adlanırdı. Cihaz çox böyük və səs-küylü idi, sadə hesablamalar aparılanda belə, yaratdığı səs təkcə mağazada deyil, küçədə belə eşidilirdi.
1900-cü illər ödəniş sistemlərini başqa istiqamətə yönləndirdi. Elektrikli POS-kassa aparatı yaradıldı. Yeni əsrin başlanğıcı və yeni texnologiyaların ortaya çıxması sözsüz ki, ödəniş sistemlərindən də yan keçmədi. İlk elektrikli kassa aparatını NCR şirkəti yaratdı. O dövr üçün müasir sayılan aparatların möcüzələr yaratdıqları deyilirdi…
Sonrakı onilliklərdə hər şey köklü şəkildə dəyişdi. Kağız çeklərini ehtiva edən elektron kassa aparatları bir neçə bölümə ayrılırdı və multioperator rejiminin beta-versiyasına malik idi. Bu aparatlardan sonra Microsoft təminatı ilə işləyən ilk POS proqramı yaradıldı, bu da kompleks POS-sistemlərin əsasını qoydu.
XX əsrin sonunda, bir az da dəqiq desək, 1980-ci illərdə "plastik ödəniş" texnologiyasını tətbiq edən kredit kartları yarandı və hər kəs məhz o karta sahib olmaq istəyirdi. Beləliklə, müvafiq olaraq, kassa texnikası buna uyğun qaydada yenilənməli idi.
XXI əsr isə texnoloji çeviriliş əsri olaraq yeni innovativ ideyaları formalaşdırdı. Hazırda tacirlər və pərakəndə satış ilə məşğul olanlar myPOS kimi POS sistemlərindən istifadə edirlər. Niyə? Çünki mexaniki kassa aparatlarının icad olunmasından bir əsrdən artıq müddət sonra kart ödənişlərindən istifadə, demək olar ki, işıq sürəti ilə artır. Düşünülmüş komponentlərin sayəsində əməliyyatların qapalı dövrünü təmin edən bu platforma bütün Avropada mikro müəssisələr üçün tez bir zamanda ən çox arzu olunan POS-sistemə çevrilərək rəqəmsallaşmaya təkan qoydu.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!