Nobel mükafatı laureatı sabiq prezident internetdə iş axtarır | Banco.az

Nobel mükafatı laureatı sabiq prezident internetdə iş axtarır

Tamara Mustafayeva, Banco.az

Polşanın keçmiş prezidenti və ölkədə kommunizm dövrünün ilk müstəqil həmkarlar təşkilatı olan "Solidarnost"un rəhbəri kimi 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülən Lex Valensa hazırda özünə iş axtarır.

Valensa 50 yaşdan yuxarı şəxslərin iş axtarması üçün yaradılmış məxsusi internet saytında elan yerləşdirməklə iş axtardığını bildirib.

Sözügedən elanda özündən "təcrübəli lider, güclü spiker, Nobel Sülh mükafatı laureatı, 1990-1995-ci illər aralığında Polşa Prezidenti" kimi bəhs edən Valensa firmalarda liderlik təlimləri keçə və təşviq iclaslarında iştirak edə biləcəyini vurğulayıb.

O, həmçinin gün ərzində 1-2 saatlıq görüşlər üçün minimum 20 min zlot (təqribən 5 min dollar) istədiyini, ancaq dəqiq məbləğlə bağlı razılığa gəlməyin mümkünlüyünü də bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Valensa əvvəlki açıqlamalarında spiker kimi çıxış edəcəyi dünyanın müxtəlif ölkələrində keçiriləcək iclasların pandemiya səbəbilə ləğv edildiyini və hazırda maddi baxımdan çətin günlər keçirdiyini söyləmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram