Niyə bir çox uğurlu insanlar eyni geyimlərdən istifadə edirlər? | Banco.az

Niyə bir çox uğurlu insanlar eyni geyimlərdən istifadə edirlər?

Hər gün biz yüzlərlə qərar qəbul edirik. Məsələn, bu işi təxirə salmalıyammı?, İşdən və məktəbdən nə vaxt çıxmalıyam?, Bu gün idman etməliyəmmi? Əgər belədirsə, nə vaxt? Naharda nə yeməliyəm? Bu gün işdə daha çox işləməliyəm, yoxsa evə getməliyəm və s. Gündəlik olaraq qərar verməli olduğumuz yüzlərlə məsələ var. Bəzi qərarlar vacib olsa da, bəziləri əhəmiyyətsizdir. Təəssüf ki, araşdırmalar insanlığın düşünülmüş qərarlar vermə qabiliyyətinin limitli olduğunu deyirlər. Bu o deməkdir ki, günün əvvəlində naharda nə yeyəcəyinizi düşünürük, növbəti saatlarda isə onun tort və ya keks olub-olmaması ilə bağlı qərarda ilişib qalırıq.

Buna psixologiyada QƏRAR YORĞUNLUĞU da deyirlər, bu isə o deməkdir ki, indiki halda qərarlarınız, gələcək üçün daha az düşünməyinə gətirib çıxarır. Qısası, demək mümkünsə verdiyiniz hər qərar zehni enerjinizdən istifadə edir. Sadəcə A, yoxsa B deyə belə bəsit seçim sizi yorur və beyin gücünüzü azaldır. Gün ərzində nə qədər çox qərar verərsəniz, gələcək saat üçün belə qərar vermə qabliyyətiniz zəifləyəcək.

Buna görə də, Albert Eynşteyn, Mark Zukerberq, Stiv Cobs sadə bir qarderobdan istifadə etməyə qərar verdilər, çünki bu onların gün ərzində qərar vermə sayını aşağı salacaqdı. Onlar başa düşürdülər ki, qərar vermək üçün daha az zaman xərcləyəcəklər, əvəzində isə digər hər şey üçün daha çox beyin gücü və zamandan istifadə edəcəklər.

Mark Zukerberq vaxtının çoxunda tipik olaraq cins şalvar və boz bir köynək geyinir. Bunu niyə belə etdikdə isə o belə cavab verir:

“Həqiqətən bu cəmiyyətə daha yaxşı fayda vermək xaricində, digər hər şey haqqında mümkün qədər az qərar qəbul etməliyəm. Ona görə də həyatımı daha sadə tuturam”, - deyir.

Ən sərfəli kredit üçün müraciət et

Stiv Cobs da hər gün eyni formada qara boğazlı köynək, cins şalvar və New Balance idman ayaqqabısını geyinirdi. Qısa bir zamanda isə o ümumi Apple markasının bir hissəsinə çevrildi. Stiv, həmçinin, düşünülmüş qərar qəbul etmək üçün limitli beyin gücünə sahib olduğunun da fərqində idi. Əgər o hər gün bir dəqiqə də olsa nə geyinəcəyi haqqında düşünsəydi, şirkət haqqında daha az düşünmə şansı qalacaqdı.

Albert Eynşteyn də eyni boz rəngində olan kostyumun müxtəlif versiyalarına sahib idi. Bu isə ona hər sabah beyin gücündən istifadə etməyini minimuma endirirdi.

Hər gün nə geyinəcəyiniz ilə bağlı düşünürsünüzsə, gün içində zehni baxımından daha çox yorulacaqsınız.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram