Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 188 milyon 178 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,9 dəfə və ya 125 milyon 178 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Niderlandın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 63 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!