Tamara Mustafayeva, Banco.az
Netflix bir müddətdir ki, sınaqdan keçirdiyi audio-play funksiyasını Android istifadəçiləri üçün aktivləşdirir.
Son illər ərzində rəqəmsal platformalarda podkast axını güclənir ki, Spotify, Apple Music kimi populyar musiqi tətbiqləri belə yayımları ilə istifadəçilərin rəğbətinə səbəb olur. Məşhur video-striminq platforması olan Neftlix də podkast yayımlara oxşar yeni funksiya təqdim edir.
Server yenilənməsi kimi təqdim ediləcək bu yeni funksiya videoların yalnız səsli yayımını təmin edəcək. Belə ki, istifadəçilər ekranda "Videonu Söndür" seçimi ilə qarşılaşacaqlar. Bu seçimə klikləyənlər üçün ekran qaranlıqlaşacaq və videonun təkcə səsi eşidiləcək. Bununla yanaşı, yeni funksiyanın alt bölməsində "Daim Açıq", "Qulaqlıq və ya Səsgücləndirici" və "Qapalı" seçimləri də yer alacaq.
Qeyd edək ki, sözügedən funksiyanı platformanın parametrlər bölməsindən aktivləşdirmək lazımdır.
Neftlix şirkətinin belə bir funksiya təqdim etməsinin əsas səbəbi isə istifadəçilərin internet paketinə qənaət etməsinə şərait yaratmaqdır.
Hazırda təkcə Android istifadəçiləri üçün aktivləşdirilən bu yeni funksiyanın yaxın günlərdə iOS sistemində də aktivləşdiriləcəyi gözlənilir.
Həmçinin oxu: Netflix ənənəvi TV yayım modelini sınaqdan keçirir
Bizi sosial şəbəkələrdən izləyin!!