NEM nədir? Necə işləyir? Haradan almaq olar? | Banco.az

NEM nədir? Necə işləyir? Haradan almaq olar?

NEM dünyanın ilk ağıllı aktiv platforması hesab olunur.Şirkət NEM ERC-20 əsaslı kriptovalyutalardan fərqli olaraq xüsusi məlumat bazasına, yəni blockchain-ə sahibdir. Çoxməqsədli platformada həmçinin logistik izləmə, ICO tənzimlənməsi kimi məhdudiyyətsiz istifadə imkanı mövcuddur.

NEM platformasının strukturu

NEM platforması istifadəçilərə həm sadəlik, həm də rahatlıq təklif edir. NEM-in xüsusiyyətlərini və xüsusi konsensus mexanizmini tətbiq edən və NEM tərəfindən təmin edilən proqramı işlədən node-lar NEM blockchain-inin onurğasını təşkil edir. Açıq qaynaqlı, mərkəzsiz NEM blockchain-i öz serverlərində çalışan xüsusi və gizli bir blockchain-ə çevrilə bilər. NEM-in xidmətlərindən yararlanmaq istəyən istifadəçilər NEM blockchain-ini istədikləri kimi təşkil edə bilərlər.

NEM ağıllı aktiv (Smart Asset) sistemi

Maliyyə texnoloji sistemi, logistik izləməni, ICO, sənədlərin notarialaşdırılması və sair. NEM bütün bu sahələrdə köməyinizə çatır.

NEM ağıllı aktiv sistemi sayəsində NEM blockchain-ini fərdiləşdirə və istənilən şəkildə istifadə edə bilərsiniz. İlk olaraq, ünvanınız blockchain-dəki yerinizi təyin edir. Bu nöqtədə öz mozaikalarınızı yarada bilər, stifadəçi ünvanlarına asan adlar verə bilərsiniz. İstədiyiniz şeyi təmsil etmək üçün mozaika istifadə edə bilərsiniz: coin, imza, statusu yeniləmə və ilaxır.

İstifadə ssenariləri

NEM-in modulları olan “Intelligent Asset System”-ini istifadə edən şirkətlər bir çox proqramları inkişaf etdirə bilərlər. Bunun üçün NEM-in xüsusiyyətlərindən istifadə edərək ağıllı aktivləri bir-biri ilə əlaqələndirməkdir. Bu istifadə ssenarilərindən bəzilərinə qısa nəzər salaq.

Maliyyə ödənişləri: Maliyyə xidməti şirkətləri dünyanın hər hansı bir yerindən ani ödənişlər və köçürmələr üçün NEM-dən istifadə edə bilərlər. NEM-in ən böyük üstünlüklərindən biri də hər kəsə açıq və xüsusi blockchain-lər arasında birbaşa əlaqə qura bilməsidir.

Öz kriptovalyutanızı yaradın: bunun üçün proqramlaşdırma dilini bilməyinizə ehtiyac yoxdur. NEM platformasında bir neçə sadə addımı izləyərək, öz kriptovalyutanızı yarada bilərsiniz.

Mobil ödənişlər: NEM mobil pərakəndə ödənişlər üçün ideal seçimdir. NEM blokları 60 saniyədə tamamlandığına görə, əməliyyatlar sürətlidir və əməliyyat haqqı azdır. NEM mobil cüzdanında istifadə olunan barkod əllə girişi tələb etmir.

Ən sərfəli kredit üçün müraciət et

Öz “PayPal”-ınızı yaradın: NEM ilə öz ödəniş tətbiqinizi yarada bilərsiniz. Blockchain əsaslı P2P ödənişlərin edildiyi açıq qaynaqlı ödəmə tətbiqi NEMPay buna yaxşı bir nümunədir.

Haradan almaq olar?

NEM hazırda kriptovalyutaların arasında 14-cü pillədə qərarlaşıb. Hazırda ümumi token sayı 8.999.999.999-dur. Bazar dəyəri isə 3.6 milyard dollardır. 0.40 dollara olan NEM tokenlərini “Binance” birjasından ala bilərsiniz.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az