NASA-nın bu səyahətində adınızı Yupiterə göndər bilərsiniz | Banco.az

NASA-nın bu səyahətində adınızı Yupiterə göndər bilərsiniz

Müəllif: Tamara Mustafayeva, Banco.az

NASA Yupiterin Avropa peykinə səyahət zamanı adınızı Yupiterə göndərmək imkanı təklif edir.

Banco.az xəbər verir ki, NASA dünyanın hər yerindən insanları  "Şüşədəki mesaj" kampaniyasına qoşulmağa dəvət edir.

Kampaniya amerikalı şair Laureat Ada Limonun yazdığı şeirlə birlikdə Yupiterin peyki Avropaya göndəriləcək adları da qeyd edəcək. Əsəri yazmazdan əvvəl JPL-in qərargahını ziyarət etmək fürsəti tapan Limon şeirə “Avropa üçün şeir” adını seçib.

Şeir 2024-cü ilin oktyabrında Europa Clipper kosmik gəmisi ilə göndəriləcək və 2030-cu ilin aprelində hədəf göy cisminə çatacaq.

NASA qeyd edir ki, missiyanın məqsədi Avropa peykində həyat axtarmaq deyil, onun buzlu qabığının altındakı okeanların həyat əlamətlərini araşdırmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyada iştirak etmək istəyənlər 31 dekabr 2023-cü il saat 23:59-a qədər adlarını göndərmək üçün sistem vasitəsilə qeydiyyatdan keçə bilərlər. İndiyədək 108 min 713 insan Yupiterə kiçik bir parça göndərmək üçün qeydiyyatdan keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et