Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya nəhəngi Microsoft şirkəti dünyaca məşhur film və serial istehsalçısı Warner Bros. korporasiyasına məxsus Warner Bros. Interactive Entertainment oyun şirkətini satın almağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Microsoft şirkətinin bu satınalma əməliyyatı üçün nəzərdə tutduğu məbləğ 4 milyard dollar təşkil edir. Ancaq AT&T telekommunikasiya şirkəti Warner Bros.-u satmaqla bağlı tərəddüd içərisindədir və Microsoft firması da bu tərəddüdü aradan qaldırmaq üçün danışıqları davam etdirir.
Xatırladaq ki, Warner Bros. Interactive Entertainment oyun şirkətinin istehsal etdiyi məşhur oyunlara Mortal Kombat və Betman oyunları daxildir.
Həmçinin oxu: Son dövrlərin ən populyar oyunu PUBG necə yarandı?
Bizi sosial şəbəkələrdən izləyin!!