İnternetin tarixi ötən əsrin 60-cı illərindən – ilk kompüter şəbəkəsinin ARPANET-in inkişaf etdiyi zamandan başlayır. Domen adları sistemi 1984-cü ildə yaradıldı və World Wide Web (Beynəlxalq Hörümçək Toru) və ya WWW anlayışı 1989-cu ildə meydana gəldi. Bunu təklif edən İngilis alimi Tim Bernes-Li HTML dili və URL identifikatorlarını işləyib hazırladı. World Wide Web 1991-ci ildən əlçatan oldu və o vaxtdan populyarlığı durmadan artır. Fəaliyyətlərinin başlanğıc dövründə məşhur saytlar tamamilə fərqli görünürdü. Onları sizə təqdim edirik.
1. Feysbuk
Feysbukun 2004-cü ildəki görünüşü
Fəaliyyətinin başlanğıcında sayt “Thefacebook” adlanırdı. Əlbəttə ki, o zaman tərtibatçıların daha az imkanları, hətta daha az vəsaitləri vardı. Zukerberq ciddi investor tapana qədər, ucuz hostinqdən istifadə edib, çünki təcrübəli veb-tərtibatçılarını cəlb etmək üçün pulu olmadığından hər şeyi özü etməli olub. Saytın ilk görünüşündə sol üst küncdəki Al Paçinonun şəklinə diqqət yetirin.
Feysbuk bu gün
Əlbəttə, bu günlərdə veb-sayt yaradıcıları üçün tamamilə yeni imkanlar açılıb. Feysbukun əsas rəngləri, həm də sadə dizaynı bu günə qədər qorunub saxlanılıb.
2. LEGO
LEGO veb-saytı 1996-cı ildə
Dünyanın ən tanınmış konstruktor blokundan olan LEGO bir neçə onilliklər ərzində heç dəyişməyib, lakin saytın özü ciddi dəyişikliklərə məruz qalıb. Hər şey yaraşıqlı fiqurlar olan boz səhifədən başlamışdı, indi isə...
LEGO saytı indi bu cür görünür.
İndi şirkət yalnız konstruktor bloklarını deyil, inanılmaz və əfsanəvi oyun personajlarını yaratmaq üçün bütün dəstləri təklif edir.
3. Sony
1998-ci ildə Sony veb-saytı
Hətta 90-cı illərdə texnoloji nəhənglər də məhdudiyyətlərlə üzləşməli olurdular. Ən böyük elektronika istehsalçısının saytı bu cür görünürdü. Nə rəng çaları, nə də məzmun elə də maraqlı görünmürdü.
SONY saytı bu gün
Şirkətin prioritetləri əhəmiyyətli gəlir mənbəyinə çevrilən əyləncə və video-oyun sektoruna keçdi.
4. Vikipediya
Vikipediya 2001-ci ildə
Dünyanın ən çox ziyarət edilən saytlarından olan Vikipediya zamanla öz populyarlığını artırdı. Fəaliyyətinin başlanğıcında sayta daxil olanlar yalnız 6000 məqalənin yerləşdiyi mətn və məlumatlar olan səhifəni görürdülər. İndi Vikipediyada neçə məqalə var?
İndi Vikipediya dildən asılı olaraq, bir neçə yüz min məqalədən 6 milyona qədər (əksəriyyəti ingilis dilində) müstəqil pulsuz ensiklopediya sayılır.
5. Amazon
Amazon 1995-ci ildə
Onlayn satış nəhəngi olan Amazon 1995-ci ildə fəaliyyətinin ilk dövründə bu cür təvazökar görsənirdi.
Amazon.com 2019-da
Amazon.com-un müasir versiyası daha əyləncəli və funksional görünür.
6. Google
Google 1998-ci ildə
1998-ci ildə Google axtarış səhifəsinin - debüt ilidir. Maraqlıdır ki, Google ana səhifəsində rənglərin olmaması onun yaradıcılarının HTML dilini bilməmələri ilə əlaqədar idi. İndi o, 468 milyard dollar dəyərində kapitallaşmaya görə dünyada ikinci şirkətdir.
Google.com 2019-da bu cür görünür.
7. Microsoft
1994-cü il. Microsoft korporasiyası saytının ilk versiyası.
Microsoft səhifəsinin estetikası indiki dövrdə daha gözəldir və saytın özü istifadəçilər üçün daha anlaşılandır.
8. Tvitter
Tvitter 2006-cı ildə
Tvitter 2006-cı ildə, debüt etdiyi ildə görüntüsü. İlk olaraq o, Twttr adlandırılmalı və yaşıl rəngdə olmalı idi, amma sonra tərtibatçı fikrini dəyişdi.
Tvitter bu gün
9. Yahoo
Yahoo 1994-cü ildə.
Yahoo 2019-cu ildə
Dəyişikliklərə baxmayaraq, sayt kifayət qədər sadə görünür və bənövşəyi rəng hazırda Yahoo-nun dünya səviyyəsində vizit kartına çevrildi.
10. Coca-Cola
Coca-Cola 1996-cı ildə
Coca-Cola saytı 2019-cu ildə
İndi Coca-Cola saytı çox müasir görünür, lakin burada klassikanı (şüşələrin orijinal dizaynını) da unutmurlar.
Ted.az