Mərkəzi Bankın valyuta ehtiyatları 28%-ə yaxın artıb | Banco.az

Mərkəzi Bankın valyuta ehtiyatları 28%-ə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

1 iyun tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 713 milyon ABŞ dolları təşkil edib.

Banco.az Banka istinadən xəbər verir ki, bankın valyuta ehtiyatları son 1 ayda 0,5% artım göstərib. 

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları illik müqayisədə isə 2 milyard 538 milyon ABŞ dolları və ya 27,7% artıb.

Ötən ilin eyni dövründə bu göstərici 9 milyard 175 milyon dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et