Mərkəzi Bankda “Maliyyə hesabatları və alətləri” mövzusunda treninq keçirilmişdir | Banco.az

Mərkəzi Bankda “Maliyyə hesabatları və alətləri” mövzusunda treninq keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 22-23 oktyabr 2013-cü il tarixlərində “PraysvoterhausKupers Azərbaycan” şirkətilə birlikdə banklar üçün “Maliyyə hesabatları və alətləri” mövzusunda növbəti treninq keçirilmişdir.

Treninqin keçirilməsində məqsəd maliyyə hesabatlarının hazırlanması üzrə bank mütəxəssislərinin zəruri bilik və kompetensiyalarının artırılması olmuşdur.

“PraysvoterhausKupers Azərbaycan” şirkətinin direktoru Elçin İbadov iştirakçılara beynəlxalq maliyyə hesabatları standartlarında baş vermiş son dəyişikliklər, maliyyə alətlərinin ölçülməsi üzrə qaydalar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması, risklərin idarə olunması və s. məsələlər haqqında ətraflı məlumat vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

Yekunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et