Türkiyə Mərkəzi Bankının (TMB) milli valyutanın ucuzlaşmasını dayandırmaq cəhdlərindən sonra ölkədə dolların məzənnəsi 1,17 faiz - 1 ABŞ dollarına görə 2,2393 lirə səviyyəsinədək aşağı düşüb. Trend xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.
TMB yanvarın 28-də (bir gün əvvəl dolların rəsmi məzənnəsi rekord göstəriciyə - 2,3142 lirəyə çatıb) lirənin məzənnəsinin aşağı düşməsini dayandırmaq üçün 3 əsas faiz dərəcəsini artırıb.
Bununla belə, həftəlik REPO-nun faiz dərəcəsi 4,5-dən 10 faizədək artırılıb.
Bundan başqa, TMB kreditlər üzrə faiz dərəcələrini 7,75-dən 12 faizədək, depozitlər üzrə isə 3,5-dən 8 faizədək artırıb.
Qeyd edək ki, Mərkəzi Bank daha əvvəl türk lirəsinin məzənnəsini sabit vəziyyətdə saxlamaq üçün 2 milyard dollar həcmində intervensiya həyata keçirmişdi, lakin bu cəhd uğursuz alınmışdı.