McDonalds-ın səhmləri kəskin ucuzlaşıb | Banco.az

McDonalds-ın səhmləri kəskin ucuzlaşıb

ABŞ-ın qlobal "fast-food" şəbəkəsi McDonald's üçüncü rüb maliyyə göstəricilərini açıqlayıb. Şirkətin ABŞ-da  satışları analitik proqnozlardan aşağı qalıb. 

Şirkətin ABŞ-da üçüncü rüb satışları 4.8 faiz artıb. Proqnoz 5.2 faiz artım olacağı istiqamətində idi. Satışlar ötən ilin üçüncü rübündə 2.4 faiz artım qeyd etmişdi.

Şirkətin üçüncü rüb qlobal satış gəliri illik 1.1% artım göstərərək 5.43 milyard dollara yüksəlib. Gözlənti 5.49 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

McDonald's-ın əməliyyat mənfəəti üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz azalaraq 2.41 milyard dollar olub. Proqnoz 2.51 milyard dollar idi.

McDonald's həmin dövrdə səhm başına 2.11 dollar mənfəət açıqlayıb. Bu, 2.21 dollar məbləğində olan gözləntini qarşılamayıb. Səhm başına mənfəət ötən ilin eyni dövründə 2.10 dollar idi.

Maliyyə göstəricilərinin açıqlanmasının ardından McDonald's-ın səhmləri 3.5 faiz düşərək 202.50 dollar səviyyəsinə enib.

Marja