"Facebook"un baş icraçı direktoru Mark Zükerberq ABŞ-ın prezidentliyə namizədi Bernard Sandersin “milyarderlər mövcud olmamalıdır” fikri ilə razılaşıb.
Banco.az xəbər verir ki, Bernard Sanders "Twitter" hesabında “Billionaires should not exist” fikrini paylaşıb.
"Facebook"un rəhbəri əməkdaşlarla birikdə sual-cavab gecəsində olarkən əməkdaşlardan biri Zükerberqi məsləhət ala biləcəyi yeganə milyoner tanışı olduğunu vurğulayaraq soruşub.
Mark demokrat partiyasının nümayəndəsinin bu fikrini necə təsdiqləyə bilər?
Mark isə cavabında bildirib:
“Heç kəs bu qədər pula layiq deyil. Mən düşünürəm ki, siz yaxşı gördüyünüz işə görə mükafatlandırılmalısınız. Ancaq belə böyük sərvət toplamaq məqsədəuyğun deyil”.
Xatırladaq ki, Mark Zükerberq xeyriyyəçiliklə fəal şəkildə məşğul olur. İctimaiyyətə açıq olan bu görüş internet vaistəsilə canlı yayımlanıb.
Nigar Umaxanlı, Banco.az