Hər kəs maliyyə sabitliyini təmin etmək istəyir. Lakin tez-tez düşünülməmiş xərclər, səhv qərarlar və öz gücünə inamsızlıq onun əldə edilməsinə mane olur.
Pulu məqsəd kimi qəbul etmək pis nəticələrə gətirib çıxarır. Tədricən sizə elə gələcək ki, heç nəyə pul çatdırmırsınız. Sonra sizin özünüzdə nələrinsə əskik olduğunu anlayacaqsınız. Çox keçməyəcək ki, daimi həyəcan xarici görünüşünüzə və başqaları ilə münasibətlərinizə də təsir edəcək. Həyatınızla hər nə qədər narazılıq içində olsanız, bir o qədər də eyni neqativ duyğuları yaşayan insanları ətrafınıza cəlb edəcəksiniz. Heç də motivasiyaedici səslənmir, elə deyilmi?
Uzunmüddətli perspektivdə maliyyə sabitliyini əldə etmək üçün 3 sadə qaydaya nəzər yetirək.
Pareto qanunu. İngiliscə belə səslənir: “Better less, but better”. Bizdə isə “Az aşım, ağrımaz başım” deyilir. Bu qanuna 20/80 prinsipi də deyilir və maddi vəziyyət də daxil olmaqla həyatın bütün aspektlərinə tətbiq oluna bilər. Məsələn, bütün sərmayələrinizin 20%-i maddi təminatınızın 80%-ni təyin edir. Başqa misal: lüzumsuz xərclərin 20%-i günlük, həftəlik, aylıq xərclərinizin 80%-ni müəyyənləşdirir. Yenə də Pareto qanunu bəzi işlərə sərf olunmuş zaman və enerji baxımından ədalətlidir. Məsələn, sərf edilmiş vaxt və gücün 20%-i yekun nəticənin 80%-ni təşkil edir.
Həmçinin oxu: Pulu necə xərcləmək lazımdır ?
Şüurlu şəkildə alış-veriş edin, xərclərinizə düzgün nəzarət edin. Ancaq bu şəkildə əlinizdə pul qalar və daşınmaz əmlaka, səhmlərə və başqa qiymətli kağızlara investisiya qoya bilərsiniz. Təməl məqsədiniz vacib olana fokuslanmaq, lazımsız olanı çıxdaş etmək və hər şeyi mümkün qədər tez əldə etmək ehtirasından vaz keçməkdir. Bu şərtlərə əməl etməklə maliyyə sabitliyini təmin etməyə müyəssər olacaqsınız.
Maliyyə perfeksionisti olmayın.
Təcrübə göstərir ki, perfeksionizm mövcud olmayan ideala can atmaqdır. Məqsədə çatmağın mükəmməl metod və üsulları yoxdur. Maliyyə perfeksionisti gündə bir neçə dəfə büdcə xərclərini təkrar-təkrar tərtib edə bilər. Bu işlə məşğul olduğu müddətdə isə həyatını kəskin şəkildə dəyişdirə biləcək əhəmiyyətli bir görüşü və ya bir hadisəni əldən qaçırmış ola bilər. Belə insanlar həmişə hərəkətlərinin doğruluğuna və işlərin yolunda getməsinə şübhə ilə yanaşır. Mükəmməllik düşkünü bir mütəxəssis, əlbəttə ki, fəaliyyətinin gedişatını dəyişdirəcək, amma yenə də məmnun qalmayacaq.
Əsas məsləhət: Mükəmməlliyə can atmayın. Sadəcə vasitələridən qənaətlə istifadə edin.
Ətrafınızdakı insanlara və onların ehtiyaclarına xüsusi dəyər verin.
Həmçinin oxu: Ölümündən sonra Maykl Cekson nə qədər pul qazanıb
Məsələn, kirayəyə verdiyiniz evi səliqəli vəziyyətdə saxlamağa şüurlu şəkildə qənaət edirsiniz. Beləliklə, pulunuza ev sakinlərinin ehtiyaclarından daha çox dəyər verdiyiniz məlum olur. Vaxt keçəcək və əmlakınıza hörmətsizlik ediləcək, buna görə xərclərinizi artırmalı olacaqsınız. Kirayəçilərə hörmətlə yanaşmağa və əmlakınızı təmiz, təmirli saxlamağa çalışın, onda evinizdə yaşamaq üçün yaxşı pul ödəməyə hazır olacaq insanları cəlb edəcəksiniz. Beləliklə, gəlirlərinizi artıracaqsınız və daimi gəlirə çevirəcəksiniz. Çünki təmiz evi saxlamaq daha az xərc tələb edir. Mənzilinizi heç kim icarəyə götürmədiyi, məkan boş qaldığı və pul qazanmadığınız üçün keçirdiyiniz narahatlıq hissi də yox olacaq. Nəhayət, başqalarının üzərində qənaət etməklə gəlirlərinizi artırmağa çalışsanız (heç bir yerdə çaypulu qoymasaınız və s.), əlinizdə “ehtiyat” pul bir müddətlik mövcud olacaq, ancaq qısa bir müddətdə balansınız yenidən mənfiyə düşəcək.
Odur ki, sırf özünüz üçün mənfəət əldə etməyə deyil, ətrafınızdakılara faydalı olmağa çalışın.
Nigar Umaxanlı, Finco.az