Maliyyə Nazirliyi 2015-in büdcəsini açıqladı | Banco.az

Maliyyə Nazirliyi 2015-in büdcəsini açıqladı

Maliyyə Nazirliyi 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin göstəricilərini açıqlayıb.

Gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə21 milyard 100 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% artıqdır. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37  milyon manat və yaxud 5,2% artıqdır.

Ən sərfəli kredit üçün müraciət et

Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə  10 milyard 388 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 

Atvxeber.az 

Ən sərfəli krediti almaq üçün müraciət et