Çində sənaye sektorunun mənfəəti kəskin azalıb | Banco.az

Çində sənaye sektorunun mənfəəti kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Çində sənaye mənfəəti illik 17,8 faiz azalıb.

Banco.az xəbər verir ki, Çində sənaye mənfəəti ilə bağlı son məlumatlar bu yaxınlarda elan edilən təşviqlərin ölkə iqtisadiyyatı üçün nə dərəcədə kritik olduğunu ortaya qoyub.

Avqustda ölkədə sənaye mənfəəti 17,8 faiz azalıb. İyulda sənaye mənfəəti 4,1 faiz artmışdı.

Analitiklərin fikrincə, sənaye sektorundakı pisləşmə artımla bağlı zəif məlumatlar və deflyasiya risklərinin əlamətləri ilə birlikdə təşviq addımlarının ən yüksək səviyyədə artırılması qərarlarını dəstəkləyir.

Rəqəmlər fabriklərin, mədənlərin və kommunal xidmətlərin maliyyə vəziyyətinin vacib göstəricisidir.

Ən sərfəli kredit üçün müraciət et

Milli Statistika Bürosu (NBS) ötən beş ayda ilk dəfə baş verən geriləmənin bazar tələbinin olmaması, bəzi bölgələrdə yüksək temperatur və daşqınların təsiri və yüksək göstərici bazası ilə əlaqələndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et