"Moody`s” İsrailin kredit reytinqini aşağı salıb | Banco.az

"Moody`s” İsrailin kredit reytinqini aşağı salıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Moody`s” beynəlxalq reytinq agentliyi İsrailin xarici və milli valyutada uzunmüddətli kredit reytinqini "mənfi" proqnozla “A2” səviyyəsindən “Baa1”ə endirib.

Banco.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, reytinqin aşağı salınması Livanın "Hizbullah" hərəkatı ilə münaqişənin kəskinləşməsi ilə bağlıdır.

“Reytinqin aşağı salınmasının əsas səbəbi geosiyasi risklərin yüksək səviyyələrə qalxması və onun İsrailin həm qısa, həm də uzunmüddətli perspektivdə kredit qabiliyyətinə mənfi təsir göstərməsi olub. Son günlər İsraillə “Hizbullah” arasında qarşıdurmanın intensivliyi xeyli artıb”, - proqnozda bildirilib.

Agentlik 2024-cü ilin sonuna kimi İsrailin hərbi əməliyyatlara görə ümumi daxili məhsulunun (ÜDM) artımının cəmi 0,5 % olacağını gözləyir. 2025-ci il üçün ÜDM artımı proqnozu isə 4 %-dən 1,5 %-ə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Moody`s” artıq 2024-cü ildə ikinci dəfədir ki, İsrailin kredit reytinqini aşağı salır. Bu ilin fevral ayında reytinq “A1”dən “A2”yə endirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et