Tamara Mustafayeva, Banco.az
Hər gün saysız-hesabsız loqo ilə qarşılaşır və həyatımızın bir hissəsinə çevrilən məhsulların loqolarını dərhal xatırlayırıq. Hətta bu loqolar bizə acdığımızı, susadığımızı xatırladır, bir növ öz məhsullarından istifadə etməyə bizi təşviq edir. Bəs əgər tanınmış firmaların loqoları öz məhsullarından istifadə etmiş olsaydı, onların görünüşündə necə bir dəyişiklik olardı deyə heç düşünmüsünüzmü?
26 yaşlı tanınmış İtaliyalı dizayner Marco Schembri bəlkə də heç kəsin ağlına gəlməyən bu sualı əyləncəli bir çalışma ilə cavablandırmağa çalışıb.
Sözügedən layihə ilə bağlı Schembri belə deyir:
“Hər şey McDonald`s loqosu ilə başladı (aşağıda görəcəyiniz bir qədər çəkisi artan M hərfindən bəhs edir) və sonra digərləri əlavə olundu. Layihəyə böyük maraq olduğunu gördükdə isə davam etdirməyə qərar verdim.”
Çoxlu hamburger yemiş M hərfi ilə McDonald`s
Həddindən artıq kofe içmiş dəniz qızı ilə Starbucks
Redbull içərək enerjisini iki dəfə artıran Redbull
Gilette (şəxsi qulluq məhsulları brendi)
Braun (kiçik məişət avadanlıqları və şəxsi qulluq vasitələri brendi)
Nutella (şokolad yağı brendi)
Zippo (alışqan brendi)
Həmçinin oxu: Tanınmış şirkətlərin loqoları bizə nə mesaj verir?
Bizi sosial şəbəkələrdən izləyin!!