Tamara Mustafayeva, Banco.az
İşgüzar sosial media platforması olan LinkedIn Instagram-dakı "yuxarı sürüşdür" funksiyasını sınaqdan keçirməyə başlayıb.
Məlum olduğu kimi, Instagram platformasında 10 mindən çox izləyicisi olan profillərin yayımladığı hekayələrdə "yuxarı sürüşdür" funksiyası mövcuddur. LinkedIn platformasının da bu funksiyanı sınaqdan keçirdiyi xəbəri yayılıb. Beləliklə də, işgüzar sosial media şəbəkəsində də "Hekayələr" funksiyasının, həmçinin istifadəçilərin müəyyən bölməyə buradan daxil olması üçün "yuxarı sürüşdür" əlavəsinin aktivləşdiriləcəyi gözlənilir.
LinkedIn kimi bir platformada "Hekayələr" funksiyasının olmasına istifadəçilərin öyrəşməsi müəyyən vaxt tələb edəcək. Ancaq bu funksiya platformaya yeni imic qazandıra bilər. Xatırladaq ki, şirkət bir müddətdir ki, istifadəçi sayını artırmaq üçün müxtəlif yeniliklər üzərində işləyir. Hazırda isə platformanın dünya miqyasında 700 milyondan çox istifadəçisi mövcuddur.
Həmçinin oxu: Karyera və iş həyatı üçün MÜTLƏQ istifadə etməli olduğunuz 6 LinkedIn tətbiqi
Bizi sosial şəbəkələrdən izləyin!!